İki massivə qaz verildi

Lənkəran rayonunun Liman şəhərindəki yeni yaşayış massivinə qaz verilib. Burda 52 abonent mavi yanacaqdan istifadə imkanı qazanıb. "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, bundan başqa, Cəlilabad rayonunun Səttərxan küçəsindəki yeni massivdə də 131 abonent qazla təmin olunub.

Qeyd edək ki, Dövlət Proqramı əsasında "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Bunlardan 46-na təbii qaz verilib, 5-də hazırda işlər davam etdirilir, qalan məntəqə və massivlərdə qazlaşma işləri yekunlaşaraq yaxın zamanlarda təbii qazın verilməsi təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə