Beynəlxalq Avtovağzalın ərazisində piyadanı maşın vurub

Beynəlxalq Avtovağzalın ərazisində piyadanı maşın vurub

Martın 2-si saat 09 radələrində Bakı Beynəlxalq Avtovağzalın ərazisində Astara rayon sakini İlqar Abdullayev idarə etdiyi, Bakı - Astara marşrutu ilə hərəkət edən "Ford-Tranzit" markalı mikroavtobusla Ceyranbatan qəsəbə sakini Ramazan Məmmədovu vurmuş və nəticədə sonuncu dünyasını dəyişib.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, martın 1-də Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində İlham Süleymanova məxsus "Mercedes" markalı mikroavtobus qaçırılıb.

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mikroavtobusu qaçıran, Şamaxı rayon sakini Vüqar Ağakişiyev martın 2-də Bakıxanov qəsəbəsi Məktəbli küçəsində avtomobillə birlikdə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə