Sabunçu qəsəbəsində mübahisə zəminində iki gənc bıçaqlanaraq xəsarət alıb

Sabunçu qəsəbəsində mübahisə zəminində iki gənc bıçaqlanaraq xəsarət alıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, Sabunçu qəsəbəsində mübahisə zəminində 1995-ci il təvəllüdlü Abbaslı Nihad Ehtiram oğlu və 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlu bıçaqlanaraq xəsarət alıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. P.Osmanova döş qəfəsinin, N.Abbaslıya isə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə