Xəzər rayonunda mübahisə zəminində 31 yaşlı gənc döyülüb

Xəzər rayonunda mübahisə zəminində 31 yaşlı gənc döyülüb

Bakının Xəzər rayonunda mübahisə zəminində döyülmə hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

31 yaşlı Tacəddin Rzayev tanıdığı şəxslə mübahisə edib. Nəticədə döyülərək ağır xəsarət alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə