Bakıda zirzəmidə qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının avtomobil qarajı üçün nəzərdə tutulan zirzəmisinin pilləkənində 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu ürəyindən bıçaqlanıb. Yaralı hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda qətlin kim tərəfindən və hansı şəraitdə öldürülməsi ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB