Tovuzda evdən qızıl oğurlayan şəxs tutulub

Tovuzda evdən qızıl oğurlayan şəxs tutulub

Oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini, Ayaz Qasımov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib. Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə