Kaliforniyada meşə yanğınlarına görə, 40-50 min insan təxliyə edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, yanğının 2 min hektar ərazini əhatə edərək Los-Ancelesə qədər yayıldığı bildirilir.
Santa Klarita şəhərinin meri Robert Levisin sözlərinə görə, indiyə qədər 40-50 min sakininin evakuasiya edilməsi əmri verilib.
Yanğınla 500 yanğınsöndürən maşın, 4 helikopter və 4 yanğınsöndürən təyyarə mübarizə aparır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB