Xızı rayonunun Sitalçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
SİADaxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, oktyabrın 23-də saat 22 radələrində Xızı rayonunun Sitalçay kəndi ərazisində Quba rayon sakini Şöhrət Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB