Dünən gecə Astara şəhərində avtomobil qəzası baş verib. Hadisə Ələt-Astara yolunun 236-cı kilometrliyində qeydə alınıb. SİA-nın cənub bürosunun məlumatına görə, Astara istiqamətində hərəkətdə olan Lənkəran rayonunun Boladi kənd sakini Əfrahim Hacı oğlu Tağıyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili idarəetməni itirərək aşıb.
Nəticədə yolun kənarındakı elektrik dirəyi sınıb və yaxınlıqdakı hasar dağılıb. Qəza zamanı maşındakı 25 kubmetr ağac materialı da yola dağılaraq Ələt-Astara yolunda nəqliyyatın hərəkətini bir neçə saatlığa məhdudlaşdırıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Astara Rayon Polis Şöbəsindən qəzanın "KamAZ" sürücüsünün sərxoş vəziyyətdə olması ucbatından baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB