Lənkəranda qəza törədən sürücü hadisə yerindən qaçıb

Lənkəranda qəza törədən sürücü hadisə yerindən qaçıb

Ötən gecə Lənkəran şəhərində baş verən avtoqəza nəticəsində 3 avtomobilə ciddi ziyan dəyib. SİA-nın cənub bürosunun məlumatına görə, sürücüsünün şəxsiyyəti məlum olmayan "VAZ-2107" markalı avtomobil Zərifə Əliyeva prospektində qarşı tərəfin hərəkət yoluna çıxaraq Lənkəran şəhər sakini Rəfaddin Kentov oğlu Məmiyevin idarə etdiyi "VAZ - 2106" markalı avtomaşınla toqquşub.

Zərbənin təsirindən "VAZ - 2106" idarəetməni itirərək şəhər sakini Elçin Kamal oğlu Hüseynovun idarə etdiyi "VAZ - 2106" markalı avtomobilə dəyib. Nəticədə hər 3 maşına ciddi ziyan dəyib.

Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) Dövlət Yol Polisi Bölməsinin müfəttişi Ramal Əkbərovun sözlərinə görə, qəza "VAZ - 2106" markalı, BJ 595 nömrə nişanlı avtomaşının sürücüsünün ötmə əməliyyatını düzgün aparmaması və qarşı tərəfin hərəkət yoluna çıxmaqla qəza şəraiti yaratması ucbatından baş verib. Qəza törədən sürücü hadisə yerindən qaçdığından onun tapılması istiqamətində tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə