Fevralın 26-sı saat 22 radələrində F.Xoyski küçəsində naməlum şəxs Bakı şəhər sakini Mətləb Hüseynovu bıçaqla hədələyərək mobil telefonunu əlindən alıb qaçıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Mehman Əliyev və qardaşı Tural martın 1-də yaxalanıblar.
Martın 1-də Şərifzadə küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Zəmail Ağamalıyev Bakı şəhər sakini İmran Balakişiyevə məxsus M.Cəlal küçəsində yerləşən mağazadan 240 manat dəyərində spirtli içkilər oğurladığına görə Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən martın 1-də yaxalanıb.
Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Ələkbər Hüseynov martın 1-də tutulub.
Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Tofiq Məmmədov martın 1-də tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB