Neftçalada ağır yol qəzası baş verib

Neftçalada ağır yol qəzası baş verib

Martın 1-də, saat 15.00-da radələrində Neftçala rayonunda ölumlə nəticələnən ağır yol- nəqliyyat hadisəsi bas verib. Neftçala rayon Polis Şöbəsinin növbətçi hissəsindən SİA-nın bölgə müxbirinə verilən xəbərə görə, Neftcala-Bankə yolunun 2-ci kilometrliyində Bankə qəsəbə sakini 1989-cu il təvəllüdlü Abdullayev Orxan Mirəmin oğlu idarə etdiyi VAZ-2107 markalı 90 DL 636 dovlət nömrə nişanlı avtomobillə əks istiqamətdə velosipedlə hərəkət edən, 1997-ci il təvəllüdlü 2-ci Mayak kənd sakni Əliyev Elnur Qurbanəli oğlunu vurub. Nəticədə Əliyev Elnur xəsarət alaraq xəstəxanaya aparılmış ve orada dünyasını dəyişib.

Faktla bağlı Neftçala rayon Polis Şobəsində AR CM-nin 263.2 maddəsi ilə cinayət isi başlanılıb və istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə