Köməksiz qalan azyaşlılar xilas edilib

Köməksiz qalan azyaşlılar xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Yasamal rayonunda ayrı-ayrı ünvanlarda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə