Sabunçu rayonunda piyadanı vuran avtomobilin sürücüsü qaçıb

Sabunçu rayonunda piyadanı vuran avtomobilin sürücüsü qaçıb

Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub.

SİA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, İmam Rza məscidinin yaxınlığında baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Allahverdiyev Emin Şəmsi oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub. Sürücü hadisə yerindən yayınıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə