Qax rayon sakinini it dişləyərək xəsarət yetirib

Qax rayon sakinini it dişləyərək xəsarət yetirib

Qax rayonunun Turaclı kənd sakini, 1992-ci il təvəllüdlü Yadigar Sərdar oğlu Həsənov it dişləməsi xəsarəti ilə rayon mərkəzi xəstəxansına daxil olub.

SİA xəbər verir ki, Y. Həsənova yaşadığı kəndin ərazisində sahibsiz it hucum edərək onun sol əlindən və sol sol ayağın baldır nahiyəsindən dişləyərək xəsarət yetirib.

Y.Həsənova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə