Tovuzda yol qəzası baş verib

Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində İsayev Mirzə Komsomol oğlu (1965-ci il təvəllüdlü), Məmmədov Natiq Tofiq oğlu (1995), Qarayev Səxavət Bakir oğlu (1995), Sadıqov Ruslan Niyazi oğlu (1994) xəsarət alıblar.

Qeyd edək ki, hadisə Qazqulu kəndində qeydə alınıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə