Gəncə, Göygöl və Goranboy rayonlarında poçt filiallarını, aptek və mağazaları qarət edən dəstə zərərsizləşdirilib
Əməliyyat Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. İlk olaraq dəstə başçıları Qasımov Vüsal Cavid oğlu və əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 177.2.1-ci maddəsi ilə məhkum olunan Mahmudov Elnur Arif oğlu həbs olunub. Ardından isə dəstənin digər üzvləri Qarayev Elmir Güloğlan oğlu, Yusifov Əziz Mərifət oğlu, İbrahimov Tural Ramiz oğlu, Həsənov Camal Talıb oğlu və Mahmudov Elnur Arif oğlu ilə qeyri-rəsmi nikahda yaşayan İbrahimova Aygün Mayıl qızı yaxalanıb. Digər iki şəxsin isə kimlikləri müəyyənləşdirilib və barələrində axtarış elan edilib.
Kəpəz rayon Polis Şöbəsinin rəisi Ədalət Sadıxovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, saxlanılan şəxslər cari ilin yanvar ayından etibarən Gəncə və ətraf ərazilərdə oğurluq etməkdə təqsirli bilinir.
Belə ki, onlar Gəncə şəhərində iki poçt və apteki, Göygöldə və Goranboyda isə müxtəlif ərzaq mağazalarını qarət etməkdə təqsirli bilinir. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü, mütəşəkkil dəstə yaratmaq və oğurluq etmə maddəsi ilə iş açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB