Tovuzda motosikletlə minik maşınının toqquşması nəticəsində birincinin sürücüsü xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Tovuz avtovağzalının qarşısında qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletlə minik maşınının toqquşması nəticəsində birincinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə