Hacıqabulda baş vermiş yol qəzasında yük maşınının sürücüsü ağır xəsarət alıb

Hacıqabulda baş vermiş yol qəzasında yük maşınının sürücüsü ağır xəsarət alıb.

SİA xəbər verir ki, Füzuli rayonunun Qaraxanbəyli kənd sakini, Hüseynov Qəfər Qənimət oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını “Merсedes” markalı minik avtomobilinin üstünə aşıb. Nəticədə “KamAZ” markalı yük maşınının sürücüsü ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə