Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində naməlum kişi meyiti tapılıb. Rayon prokurorluğundan SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə barədə fevralın 27-də səhər saat 08:00 radələrində rayonun hüquq-mühafizə orqanlarına xəbər verilib.
Dərhal əməliyyat istintaq qrupu yaradılıb. Hadisə yerində araşdırmalar nəticəsində məlum olub ki, meyit Şəhidlər Xiyabanı, 147 ünvanda yaşayan, 1955-ci il təvəllüdlü Ədalət İsmayıl oğlu Əzizova məxsusdur.
Meyit müayinə olunmaq üçün Lənkəran rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. İşi araşdıran rayon prokurorluğunun müstəntiqi Ziyafət Quliyevin verdiyi məlumata görə, ölümün səbəbləri meyitin müayinəsindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB