Lənkəran sakinindən külli miqdarda narkotik vasitə tutulub

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə tutulub

Lənkəran rayon sakininin üzərindən narkotik vasitə götürülüb. SİA-nın cənub bürosunun məlumatına görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsi əməkdaşları Lənkəran rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinini saxlayıb.

Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Lənkəran şəhər sakini 27 yaşlı Qurban Əhmədəli oğlu Kazımov şübhəli şəxs qismində saxlanılıb və onun üzərindən 5,039 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Əməliyyatı həyata keçirən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsi toplanmış materialları Lənkəran Polis Şöbəsinə göndərib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə