Bakıda dəhşətli qətl

Bakıda ər arvadını uşaqlarının gözü qarşısında qətlə yetirib. SİA , APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb. Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı bıçaqlayıb. L.Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N.Abdullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə