Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.
DİN-dən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Əlikram Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB