Qala-Pirallahı yolunda baş verən qəzada 11 nəfər xəsarət alıb Səhiyyə Nazirliyi
Qala -Pirallahı yolunda (Zirədəki "Bolmarket"in yanı) avtoqəza baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb:
"Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB