İranda qəza 3 ölü, 38 yaralı
İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib. SİA-nın məlumatına görə, bunu İranın Qəzvin vilayətinin təcili yardım və fövqəladə hallar üzrə mərkəzinin direktoru Peyman Namdar deyib. P. Namdarın sözlərinə görə, 2 ədəd "Samand" markalı avtomobil və bir ədəd avtobus yol kənarında dayanmış yük maşını ilə toqquşublar. Namdar əlavə edib ki, hadisə nəticəsində 1 ədəd "Samand" markalı avtomobilin 3 sərnişini həlak olub. Mərkəz direktoru qəza nəticəsində 38 nəfərin yaralandığını deyib. Yaralılar xəstəxanaya çatdırılıblar. Polis yük maşınının hadisəyə səbəb olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə