Nəsimi rayonunda 14 yaşlı oğlanı vuran avtomobilin sürücüsü qaçıb

Nəsimi rayonunda 14 yaşlı oğlanı vuran avtomobilin sürücüsü qaçıb

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 14 yaşlı oğlanı avtomobil vurub.

SİA xəbər verir ki, hadisə Rahib Məmmədov küçəsində baş verib.

Belə ki, 14 yaşlı Hacızadə Məhəmməd Ramin oğlu Şamaxinka adlanan ərazidə yol kənarı ilə yaşadığı evə doğru gedərkən onu "Toyota Prado" markalı avtomobil vurub. Sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə