Gəncədə motoroller "VAZ 2107" markalı avtomobillə toqquşub

Gəncədə motoroller "VAZ 2107" markalı avtomobillə toqquşub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Gəncə müxbiri xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü şəhər sakini Həmzəyev Amin Aydın oğlunun idarə etdiyi motoroller Əsgərov Azad Vilayət oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində motorollerin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb motorollerin əks yolla hərəkət etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə