Samuxda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı üç nəfər yaralanıb

Samuxda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı üç nəfər yaralanıb

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Qırmızı Samux kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toquşub. Qəza nəticəsində hər iki sürücü - Samux sakinləri 1987-ci il təvəllüdlü Qasımov Rafiq və 1986-cı il təvəllüdlü Mustafayev Rüstəm,həmçinin bir sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirlib. Üçüncü şəxsin vəziyyəti daha ağır qiymətləndirilir.

Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə