Ukraynada təyyarə sərt eniş etdi - 5 ölü

Ukraynada təyyarə sərt eniş etdi - 5 ölü

Ukraynanın Lvov şəhəri yaxınlığında "An-12" yük təyyarəsi sərt eniş edib. SİA-nın məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub.

İspaniyanın Viqo şəhərindən Lvova çarter reysi həyata keçirən təyyarədə səkkiz nəfər olub. Digər 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə