Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Hüseynov Fərid Fərhad oğlu iki nəfər naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə F.Hüseynov bıçaqlanıb.
Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB