Beyləqanda “KamAZ” piyadanı vurub öldürdü

Beyləqanda “KamAZ” piyadanı vurub öldürdü

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Qaralar kəndi ərazisində yolu keçən kənd sakini Namiq Hüseynovu rayon sakini S.Şükürov idarə etdiyi “KamAZ” markalı avtomobillə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə