Fevralın 24-ü saat 09 radələrində 182 saylı xətt avtobusunda Əfsanə Rzayevanın mobil telefonunu oğurlayan, əvvəllər məhkum olunmuş Ramil Quliyev Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən tutuub. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəyyən edilib ki, o, fevralın 23-də 200 saylı xətt avtobusunda Akif Ərəbxanovun da cibindən mobil telefon oğurlayıb.
Binəqədi RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Rafiq Namazov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB