Nərimanov rayonunda bir nəfər ağacın aşması nəticəsində xəsarət alıb
Bakının Nərimanov rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.
SİA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
1971-ci il təvəllüdlü Kazımov Etibar Şəmsəddin oğlu Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin qarşısında ağac kəsib. Kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə ağır bədən xəsarətləri alan E.Kazımov 1 saylı Xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB