Gəncə şəhərində yol qəzası baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Əfqan Allahverdiyev xəsarət alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan yaralının vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB