Göygöldə 22 tondan artıq narkotik vasitə yandırılıb

Göygöldə 22 tondan artıq narkotik vasitə yandırılıb

Göygöldə 179 cinayət hadisəsi qeydə alınıb. Cinayətlərin 96.6 faizinin üstü açılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Göygöl rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, törədilən cinayətlərdən 10-u ağır və xüsusilə ağır, 15-i oğurluq, digər hallar isə xırda cinayət hadisələridir. Son bir ildə narkotik vasitələrin qanunsuz istifadəsi, saxlanılması və satışına qarşı mübarizə tədbirləri gücləndirilib. Rayon üzrə 88.86 qram narkortik vasitə olan heroin dövriyyədən çıxarılıb, 22 tondan artıq yabanı halda bitən çətənə kolu yandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə