Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızıltorpaq kəndində baş verib. Belə ki, 1934-cü il təvəllüdlü Söhbət İbrahım qızı Rəhimova mal-qaranı otlağa aparan zaman "VAZ" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB