"Kamaz" 44 yaşlı qadının üstündən keçib

"Kamaz" 44 yaşlı qadının üstündən keçib

Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

SİA xəbər verir ki, hadisə Binəqədi şossesində baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə