Göygöl rayonunda ağır yol qəzası qeydə alınıb.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Quşqara qəsəbəsində qeydə alınıb. "VAZ 21 07" markalı avotmovillə yanacaq daşıyan yük avtomobili toqquşub. Nəticədə "VAZ 21 07" markalı avtomobildə olan sərnişinlər - Mahmudov Zamiq Ələddin oğlu, İbrahimov Tural Məmməd oğlu, İbrahimzadə Bayram Hüseyn oğlu, Hüseynov Oruc İlham oğlu hadisə yerində keçiniblər. Qəza zamanı ağır yaralanmış Qüdrət Atakişiyev adlı şəxs isə Gəncədəki xəstəxanalardan birinin reanimasiya şöbəsində dünyasını dəyişib.
Qəzanın dəqiq səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB