Hacıqabul rayonunda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə rayonun Birinci Meyniman kəndində ümumi sahəsi 100 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli üçotaqlı ev yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB