Sumqayıtda 29 yaşlı gənc qətlə yetirilib

Sumqayıtda 29 yaşlı gənc qətlə yetirilib

Sumqayıtda 29 yaşlı gənc qətlə yetirilib.

SİA xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsinin Fərrux Qayıbov küçəsində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü qəsəbə sakini Eldarov Şəhriyar Azad oğlu naməlum şəxs tərəfindən iki bıçaq zərbəsi ilə qətlə yetirilib. Bıçaq zərbələrindən biri onun ürəyinə, digəri isə bel nahiyəsinə vurulub. Ş.Eldarov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə