Sabunçuda “Mercedes”in vurduğu piyada hadisə yerində ölüb

Sabunçuda “Mercedes”in vurduğu piyada hadisə yerində ölüb

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yolu keçən Sumqayıt şəhər sakini Ziya Mirzəyevi Bakı şəhər sakini V.Nəciyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə