Qaz sızmasına görə 4 otaqlı ev yanıb

Qaz sızmasına görə 4 otaqlı ev yanıb

Cəlilabad rayonunun Üçtəpə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 8 m² sahədə yanıb.

SİA-ya bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, Təhməzov Maarif Abdultalıb oğluna məxsus evdə qazdan istifadə qaydalarının pozulması səbəbindən yanğın hadisəsi baş verib. Ev sahibi isə yanıq xəsarətləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə