Beyləqanda 6 otaqlı ev yanıb

Beyləqan rayonunun Bünyadlı kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bütün xəbərlər Facebook səhifəmizdə