Gəncə Dövlət Universitetinin tələbəsi bıçaqlanıb

Gəncə Dövlət Universitetinin tələbəsi bıçaqlanıb

Gəncədə bıçaqlanma faktı qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən, Salyan rayon sakini, 2001-ci il təvəllüdlü İsmayılov Nurlay Rayət oğlu bıçaqlanıb. Əməliyyat edilən 18 yaşlı gəncin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Nurlan İsmayılov Gəncə Dövlət Universitetinin tələbəsidir. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin kimliyi dəqiqləşdirilir.

Kəpəz rayon Polis İdarəsində araşdırma başlanılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə