15 yaşlı yeniyetməni maşın vurub - Vəziyyəti ağırdır

15 yaşlı yeniyetməni maşın vurub - Vəziyyəti ağırdır

Gəncədə 15 yaşlı yeniyetməni maşın vurub.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

Göygöl rayon sakini, 2004-cü il təvəllüdlü Seymur Abbasov ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumatlara görə, hadisə yeniyetmənin yolu keçməsi zamanı baş verib.

Hadisə yerinə Gəncə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Təfərrüatlar dəqiqləşdidilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə