48 yaşlı kişinin meyiti kirayədə yaşadığı mənzildə aşkar olunub

48 yaşlı kişinin meyiti kirayədə yaşadığı mənzildə aşkar olunub

Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə Çiçək qəsəbəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Ağasadiq Məhərrəmovun meyiti qəsəbə ərazisində kirayədə yaşadığı mənzildə aşkar olunub.

Onun ölümünün səbəbləri Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə