Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Qonşular arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.
SİA xəbər verir ki, 1980-ci il təvəllüdlü Muxtarov Ədalət Məhəbbət oğlunun və 1985-ci il təvəllüdlü Bağırov Zəki Vaqif oğlunun ataları mübahisə edib. Qonşular arasında yaranan mübahisə zamanı Ə.Muxtarov Z.Bağırovun atasına yumruqla zərbə endirib.
Daha sonra Z.Bağırovun qaynı Ə.Muxtarovu qarın nahiyəsindən bıçaqlayıb. Bu zaman isə Ə.Muxtarov Z.Bağırovu kürəyindən bıçaqlayıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ə.Muxtarova qarının ön divarının, Z.Bağırova isə kürəyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB