Dəniz Vağzalının qarşısında mühafizəçi döyülüb

Nəsimi rayonunda döyülmə faktı qeydə alınıb.

SİA xəbər verir ki, Dəniz Vağzalının qarşısında mühafizəçi, 1981-ci il təvəllüdlü Məmmədov Elşad Kamil oğlu naməlum şəxs tərəfindən döyülərək xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı-kəllə beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə