Həyətindən torpağa basdırılmış heroin bağlaması aşkarlandı

Sentyabrın 18-də Astara Rayon Polis Şöbəsinə Məcitməhəllə kəndi ərazisində İran vətəndaşının dövlət sərhəddini pozduğuna görə saxlanılarkən mühəndis texniki çəpərdən bir nəfərə bağlama atması barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Astara RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində qısa müddətdə həmin şəxsin Astara şəhər sakini D.Hüseynov olması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla D.Hüseynovun həmin bağlamanı saxlamaq üçün həmyerlisi B.Əliyevaya verməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyevanın yaşadığı evin həyətinə baxış zamanı oradan torpağa basdırılmış, içərisində 2,5 kiloqram heroin olan bağlama aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə