Cəlilabadda ölümlə nəticələnən yol qəzası olub

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin 1954-cü il təvəllüdlü sakini Əhmədova Firuzə Müzəffər qızını "VAZ 21011" markalı minik avtomobili vurub. Qadın xəstəxanaya çatdırılsa da, onun artıq öldüyü məlum olub. Meyit müayinə olunması üçün morqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə